DÜNYA
23:14 / 17.09.2021
100

Pele yenidən reanimasiyaya köçürüldü

Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele yenidən reanimasiya şöbəsinə köçürülüb.

Bu barədə Braziliya kanallarından biri məlumat yayıb.

Xatırladaq ki, Pele avqustun 30-da San-Pauloda özəl xəstəxanaya yerləşdirilib. O, yoğun bağırsağındakı şişə görə əməliyyat olunub. Pele sentyabrın 14-də palataya köçürülmüşdü.  

0
“Qafqazinfo”