Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 27 sentyabr Anım Günü ilə əlaqədar tviter hesabında paylaşım edib.
Hit.az xəbər verir ki, paylaşımda deyilir:
"Can Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ilk addımı bir il öncə bu gün atıldı! Qarabağı Azərbaycana qovuşduran igid qardaşlarımıza salam olsun! Qəhrəman azərbaycanlı şəhidlərimizi rəhmət və hörmətlə yad edirəm".