“Fərat Qalxanı”nda terror aktı törədilib, ölən və yaralananlar var

DÜNYA
22:50 / 28.09.2021
1068

PKK/YPG terror təşkilatı Türkiyə ordusunun “Fərat Qalxanı” bölgəsində terror aktı törədib.

Hit.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, iki ayrı yerdə törədilən partlayışda 2 Suriya vətəndaşı ölüb, 19-u yaralanıb.

“PKK/YPG və dəstəkçiləri unutmamalıdır ki, regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcək və terror yuvalarını dağıtmağa davam edəcəyik” - deyə MN-nin açıqlamasında qeyd olunub.

0