Ermənistanın keçmiş müdafiə naziri həbs olundu

20:59 / 30.09.2021
805

Ermənistan məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanın həbsinə dair qərar verib.

Hit.az erməni mətbuatına istinadən xəbər verir ki, məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb.

Məhkəmə keçmiş nazirin iki aylıq həbsinə qərar verib.

Tonoyanın vəkili Sergey Ovannisyan qeyd edib ki, D.Tonoyan özünü təqsirli bilmir. O, müvafiq izahatlarla məhkəmə zalında çıxış edib.

Ovannisyan qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

S.Ovannisyan əlavə edib ki, məhkəmənin qərarı ilə hələ tam tanış deyil, ancaq həbsə dair vəsatət əsasında müstəntiq iki bənd təqdim edib. Bunlardan birincisi istintaqa mane olmaq ehtimalı, ikincisi isə Tonoyanın gizlənə bilməsi ehtimalıdır.

0