Koronavirus dərmanının istifadəsi üçün müraciət edildi

DÜNYA
23:11 / 04.10.2021
1158

Avropa Dərman Agentliyi koronavirusun müalicəsi üçün yaradılan “Regkirona” adlı dərmanın Avropa İttifaqında istifadəsi üçün müraciəti dəyərləndirməyə başlayıb.

HİT.az xarici KİV-ə istinadən xəbər verir ki, müraciəti Cənubi Koreyanın “Celltrion” şirkəti edib.

Bildirilib ki, daha əvvəl təhlillər aparıldığı üçün iki ay içərisində nəticələr açıqlanacaq.

Qeyd olunub ki, dərman əlavə oksigenə ehtiyacı olmayan, amma ağırlaşma riski olan xəstələr üçün nəzərdə tutulub.

0