BMT-dən “Taliban”a qadınlarla bağlı - Çağırış

DÜNYA
23:29 / 11.10.2021
1030

“Taliban”ın qadın və qız uşaqlarının hüquqlarının qorunması ilə bağlı sözünün üstündə durmamasından dərin narahatlıq keçiririk”.

HİT.az xəbr verir ki, bunu BMT Baş katibi Antonio Quterreş mətbuata açıqlamasında deyib.

O, “Taliban”a beynəlxalq insan hüquqları çərçivəsində öhdəliklərini yerinə yetirməklə bağlı çağırış edib:

“Taliban”ın əfqan qadın və qız uşaqlarına verdiyi sözlərə əməl etməməsindən xüsusən narahatam. Əfqanıstan iqtisadiyyatının 80 faizi qeydiyyatsızdır.

Qadınların iqtisadiyyatda rolu üstünlük təşkil edir. Qadınlar olmadan Əfqanıstan iqtisadiyyatının və cəmiyyətinin düzəlməsi mümkün deyil”.

0