Çernobıl AES-in ilk direktoru dünyasını dəyişdi

DÜNYA
21:20 / 13.10.2021
802

Çernobıl Atom Elektrik Stansiyasının ilk direktoru Viktor Bryuxanov dünyasını dəyişib.

HİT.az xəbər verir ki,  “Çernobıl Atom Elektrik Stansiyası” Dövlət İxtisaslaşdırılmış Müəssisəsinin Feysbuk səhifəsində yazılıb. Bildirilir ki, 1986-cı il qəzası zamanı AES-ə rəhbərlik edən Bryuxanov 85 yaşında vəfat edib.

Qeyd edək ki, Viktor Bryuxanov 1986-cı il qəzasından sonra vəzifəsindən uzaqlaşdıırlıb və 1988-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. 5 il sonra isə vaxtından əvvəl sərbəst buraxılıb.

0