Avropada yeni növ koronavirus (COVID-19) epidemiyasının 4-cü dalğası başlayıb.
HİT.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının rəhbəri Ursula fon der Lyayen açıqlayıb.
“COVID-19-a qarşı peyvənd Avropada minlərlə insanın həyatını xilas edib. Yeni dalğa başlayıb və buna görə də peyvəndi daha da sürətləndirmək lazımdır", - Lyayen bildirib.