Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
HİT.az xəbər verir ki, iclasda bir sıra vacib məsələlər, o cümlədən Türkiyənin Ermənistanla əlaqələrinin bərpası müzakirə olunub.
Qeyd edilib ki, Türkiyə və Ermənistanın konstruktiv səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması olduqca əhəmiyyətlidir.