"Luqansk və Donetsk xalq respublikalarını tanımırıq" - Özbəkistan

DÜNYA
17:52 / 17.03.2022
543

Özbəkistan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, qondarma Donbas, Luqansk və Donetsk xalq respublikalarını tanımırıq”.

Hit.az xəbər verir ki, bu  barədə Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov parlamentdə Özbəkistanın Ukrayna hadisələri ilə bağlı mövqeyi ilə bağlı danışarkən deyib.

Kamilov, "Ukraynadakı vəziyyət Özbəkistanda ciddi narahatlıq yaradır. Biz vəziyyətin sülh yolu ilə həllinin, münaqişənin siyasi və diplomatik yollarla həllinin tərəfdarıyıq. Amma bunun üçün ilk növbədə hücumlar və zorakılıqlar dərhal dayanmalıdır". 

Özbəkistanın tarixən həm Rusiya , həm də Ukrayna ilə çoxşaxəli əlaqələri olduğunu və hər iki ölkənin milli maraqlarını nəzərə alaraq əməkdaşlıq etdiyini vurğulayan Kamilov, “Özbəkistan bu çətin dövrdə Ukraynaya humanitar yardım göstərib və vəziyyəti nəzərə alıb", - ifadəsini işlədib. 

0