BMT Ukrayna ilə bağlı qətnamə qəbul etdi

DÜNYA
19:52 / 24.03.2022
624

BMT Baş Assambleyası xüsusi sessiya çərçivəsində Fransa və Meksikanın Ukraynadakı humanitar vəziyyətlə bağlı hazırladığı qətnaməni qəbul edib.

HİT.az TASS-a istinadən xəbər verir ki, 140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə səs verib, 38-i isə bitərəf qalıb.

Sənəd Ukraynadakı hazırkı böhrana görə məsuliyyəti Rusiyanın üzərinə qoyur.

Qeyd edək ki, Baş Assambleyanın qərarları məcburi xarakter daşımır.

0