Rusiyanın "Su-34" hərbi təyyarəsi Xarkovda vuruldu

DÜNYA
13:47 / 29.04.2022
1234

Ukrayna hərbçiləri Xarkov vilayətində Rusiyanın "Su-34" qırıcı-bombardmançı təyyarəsini vurub.

"Unikal" xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov "Facebook" səhifəsində məlumat verib. Onun sözlərinə görə, İzyum istiqamətində aktiv döyüşlər davam edir:

"Ukrayna ordusu öz mövqelərini saxlayır. Ötən gecə düşmən aktiv hücum əməliyyatları keçirməyib, əksinə, aktiv kəşfiyyat aparıb. Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir "Su-34" qırıcı-bombardmançı təyyarəsini vurub".

0