Putin FƏRMAN İMZALADI - Ukraynadakı müharibə ilə bağlı

13:19 / 09.05.2022
2034

Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində keçirilən xüsusi əməliyyat zamanı həlak olan hərbçilərin övladlarına dəstək verilməsi haqqında fərman imzalayıb.

32gun.az xəbər verir ki, Rusiya lideri bunu Qələbə Paradında bəyan edib. Sənəd rəsmi hüquqi informasiya portalında da dərc olunub.

Dövlət başçısı vurğulayıb ki, hər bir əsgər və zabitin ölümü yaxınları üçün kədər, əvəzedilməz itkidir. O əlavə edib ki, dövlət, regionlar, müəssisələr, ictimai təşkilatlar Ukraynada xüsusi əməliyyatda həlak olan hərbçilərin ailələrinin “qayğı ilə əhatə olunması” üçün hər şeyi edəcək.

"Ölən və yaralanan hərbçilərin övladlarına xüsusi dəstək verəcəyik" - deyə Putin bildirib. Sənədə əsasən, Rusiya universitetlərində xüsusi əməliyyat iştirakçılarının övladlarının qəbulu üçün kvota yaranacaq.

Belə ki, Ukraynada xüsusi əməliyyatda həlak olan iştirakçıların övladları qəbul imtahanı olmadan kvota daxilində ali məktəblərə daxil ola biləcəklər.

1