DÜNYA
17:20 / 05.09.2022
602

Donald Tramp haqqında ŞOK SİRLƏR üzə çıxdı - Vəkillə qalmaqal, inanılmaz təklif…

Ötən ay FTB tərəfindən evinə basqın edilən keçmiş ABŞ prezidenti Donald Tramp yenidən dünya mediasının gündəmindədir… Onun haqqında səsləndirilən iddiaların sayı artır, inanılmaz sirlər ortaya çıxır…

Donald Tramp haqqında yazılan kitablar siyahısına yenisi əlavə edilib. Bu dəfə “New York Times” qəzetinin müxbiri Devid Enrix “Servants of the Damned: Giant Law Firms, Donald Trump and the Corruption of Justice” adlı kitab yazıb.

Musavat.com “The Guardian”a istinadən xəbər verir ki, kitabda keçmiş ABŞ prezidenti ilə bağlı kifayət qədər təəccüblü iddialar yer alıb.

DETALLAR ÜZƏ ÇIXDI…

Hələ satışa çıxmayan kitab haqqında məlumat əldə edən qəzet maraqlı detalları ictimaiyyətlə paylaşıb.

Kitabda, xüsusilə Trampın ABŞ-ın nəhəng hüquq şirkəti “Jones Day” ilə münasibətlərinə və bu şirkətin tərəfdaşlarından olan Donald Makqanın 2016-cı ilin seçki kampaniyasında, sonra isə Ağ Evdə oynadığı rola diqqət çəkilir.

Müəllif “Jones Day”in adı açıqlanmayan əməkdaşının iddialarını gündəmə gətirərək bildirib ki, seçki kampaniyanın ilk günlərində Trampın köməkçiləri ilə görüşəndən sonra Makqan bu adamların axmaq olduğunu deyib və Trampı “Kinq Konq” adlandırıb.

2018-ci ildə Rusiyanın seçkilərə müdaxiləsini və Trampla rəsmi Moskva arasındakı əlaqələri araşdıran prokuror Robert Mueller ilə geniş əməkdaşlıq etdiyi ortaya çıxandan sonra Makqan istefa verib.

İNANILMAZ ÖDƏNİŞ ÜSULU…

Kitabın ən diqqətçəkən hissələrindən birində isə Trampın böyük məbləğdə borcu olduğu vəkilə “at ilə ödəniş” etməyə çalışdığı deyilir. İddiaya görə, keçmiş ABŞ lideri 2 milyon dollar borcu özünə məxsus olan at sənədi ilə ödəmək istəyib.

Enrix yazır ki, vəkil Trampın ona 5 milyon dollar dəyərində at təklif etdiyini söyləyib, o isə sabiq prezidentə belə etiraz edib: “Biz 1800-cü illərdə yaşamırıq. Mənə at ilə ödəniş edə bilməzsən”.

Bir müddət sonra səbri tükənən vəkil xəbərdarlıq etmədən “Trump Tower”ə gəlib. Tramp əvvəlcə onu görməkdən məmnun olub, lakin sonra aralarında gərginlik yaranıb.

Vəkil haqqı olan pulu tələb etsə də, keçmiş ABŞ lideri vəkilə rədd cavabı verib və yenidən öz atını təklif edib. Müəllif kitabda qəzəblənmiş vəkilin Trampı məhkəməyə verməklə hədələdiyini yazıb.

Qeyd edək ki, Trampın borcları ödəməkdən imtina etməsi Nyu-York və Vaşinqtonda çoxlarının bildiyi həqiqətdir. Hətta bununla bağlı araşdırmalar da aparılıb.

0