Alman deputat Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı çıxdı
Almaniya parlamentinin Sol Partiyasından olan üzvü Sara Vaqenknext bildirib ki, korrupsiyanın yüksək səviyyəsi və zəif iqtisadiyyata görə Ukraynanı Avropa İttifaqının (Aİ) üzvü kimi görmür.
HİT.az-ın məlumatına görə, o qeyd edib ki, təşkilatın artıq kifayət qədər problemləri var.
“Sosial və siyasi cəhətdən bu qədər dərin bölünmüş və artıq çoxlu problemlərlə üzləşən Aİ, müharibədən əvvəl adambaşına düşən ÜDM-in yarısına sahib olmayan Avropanın ən korrupsiyalaşmış ölkələrindən birini qəbul edərsə, nə olacaq?", deyə parlamentari bildirib.
Vaqenknext Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni də tənqid edib. Onun fikrincə, AK rəhbərinin irəli sürdüyü Rusiya ilə iqtisadi mübarizə siyasəti Aİ-də insanların yoxsullaşmasına gətirib çıxarır və bu da Avropanı məhv edə bilər.
Samir