Venesuela tezliklə Aya ilk astronavtı göndərmək niyyətindədir

DÜNYA
22:47 / 14.09.2023
330

Venesuela prezidenti Nikolas Maduro ölkəsinin tezliklə Çinin kosmik missiyası çərçivəsində ilk astronavtlarını Aya göndərəcəyini bildirib. 

HİT.az "France-Presse" agentliyinə (AFP) istinadən xəbər verir ki, bu barədə o, Pekinə səfəri zamanı Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpinlə görüşü zamanı bildirib.

Maduronun sözlərinə görə, Venesuela öz astronavtlarını Çin kosmik gəmisi ilə Aya göndərmək üçün Çinin kosmik təlim mərkəzlərində öyrətməyə razılaşıb: “Venesuelalı gənclər tezliklə Çin məktəblərində astronavt kimi təlim keçmək üçün buraya gələcəklər”.

Venesuela prezidenti aydınlaşdırıb ki, söhbət kişi və qadının təlimindən gedir, lakin belə bir layihənin həyata keçirilməsi üçün dəqiq vaxt çərçivəsi açıqlamayıb və əlavə edib ki, bu, “tezliklə” baş verəcək.

Samir

0