ABŞ-da məktəbdə atışmalar rekord həddə çatıb

DÜNYA
23:27 / 15.09.2023
582

2021-2022-ci tədris ili ərzində ABŞ dövlət və özəl məktəblərində 327 silahlı zorakılıq hadisəsi qeydə alınıb. 

HİT.az xəbər verir ki, bu, bir il əvvəl qeydə alınan hadisələrdən iki dəfə çox olan mütləq rekorddur. Məlumat Milli Təhsil Statistikaları Mərkəzinin (NCES) hesabatında yer alıb.

Sənəddə qeyd olunur ki, 2021-2022-ci tədris ilində 188 atışma xəsarət və ya itki ilə nəticələnib. 57 atışmada ölənlər olub. Bu belə statistik məlumatların toplandığı 25 il ərzində mütləq rekord olub. 

2023-cü ilin əvvəlindən ABŞ-da 30 məktəbdə atışma olub, nəticədə 32 nəfər yaralanıb, 12-si şagird olmaqla 16 nəfər ölüb. NCES-in məlumatına görə, Birləşmiş Ştatlardakı dövlət məktəbləri son on ildə təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə artırıb. O cümlədən, məktəblərin 97 faizində ərazinin bütün girişlərinə nəzarət olunur, 91 faizində təhlükəsizlik kameraları quraşdırılıb, məktəblərin 65 faizində isə mühafizə şirkətinin əməkdaşı növbətçilik edir.

Samir

0