Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci ilin fevralından bəri ilk dəfə Ukrayna təyyarəsi ilə xaricə uçub.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna xəbər agentliyi məlumat yayıb.
Ukrayna lideri BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka “Ukrayna” aviaşirkətinin təyyarəsi ilə uçub. Əvvəllər o, başqa ölkələrin təyyarələrindən istifadə edirdi.
Bundan əvvəl Zelenski "Telegram" kanalında BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün ABŞ-a gəldiyini elan edib. Ukrayna liderinin sözlərinə görə, o, Dayanıqlı İnkişaf Məqsədləri və Təhlükəsizlik Şurasının sammitində də iştirak edəcək. Onun sözlərinə görə, Vaşinqtonda ABŞ prezidenti Co Bayden, eləcə də Konqresin palata və partiya rəhbərləri, hərbi rəhbərlik, Amerika biznesi, jurnalistlər və ictimaiyyətlə danışıqlar planlaşdırılır.
Samir