İsveç Türkiyənin tələbinə əməl etməkdən boyun qaçırıb. Belə ki, İsveç PKK/YPG üzvünü Türkiyəyə təhvil verməkdən imtina edib. Belə ki, öncə İsveçin Ali Məhkəməsi adı açıqlanmayan terrorçu haqqında həbs cəzası verib. Lakin həbsdən sonra terroçunun ekstradisiyası nəzərdə tutulsa da,
İsveç bu şərti yerinə yetirməkdən imtina edib. Bu da İsveçin NATO-ya üzv olması məsələsini yenidən sual altında qoyub.
Politoloq Samir Hümbətov Hit.az-a açıqlamasında bildirib ki, İsveç özbaşına yox, onların təsiri altında bu qərarı verib:
"İsveçin həm daxili, həm xarici siyasətində PKK məsələsi çox ön plana çıxır. İsveç özbaşına yox, onların təsiri altında bu qərarı verib.
PKK-çıların böyük əksəriyyəti İsveçdə vətəndaşlıq alıb və hökumət dairələrində, məmur təbəqələrində, dövlətin ictimai-siyasi həyatında çox ciddi yerə sahib olub. Bu, çox önəmli məsələdir. Biznes sahəsində də orada çox uğur qazanıblar, çünki İsveç onlara kifayət qədər geniş şərait yaradıb. Bu da təbii ki, Türkiyəyə qarşı cəbhə almaqdan ibarətdir. İkinci bir tərəfdən İsveçdən hər il ərzində PKK qazancının 200 milyard dollara qədəri İraqın şimalında PKK-çılara axır. İndi İsveç bir növ Türkiyəyə qarşı PKK variantından istifadə edir".
Onun sözlərinə görə, bu belə davam edərsə, Türkiyə İsveçin NATO-ya daxil olmasına icazə verməyəcək:
"İndi PKK onun üçün ciddi təhdidə çevirilib, həm dövləti də ələ alıblar. Bu proses İsveçin özünü uçuruma doğru aparır. Yəni, İsveç Türkiyənin tələbini rədd etdiyi təqdirdə Türkiyə də İsveçin NATO-ya daxil olmasına imkan verməyəcək. Belə olanda İsveç NATO-dan kənarda qalacaq və təhkükəsizlik məsələsi ciddi təhdid və sual altına düşəcək".
Aynur Əli