İranda 1 ildən çoxdur ki, hökumət əleyhinə etiraz aksiyaları davam edir. Amma rejim bu etirazların tələblərini dinləmir, nə qədər etirazçı edam olunur, təqib olunur, həbs olunur.
Maraqlıdır, bu durumun sonu necə olacaq? Dəyişən nəsə olacaqmı?
Hit.az-a açıqlamasında Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili bildirib ki, bir il ərzində heç bir yaxşılaşma, düzəlmə yoxdur:
"İranda başlayan etirazlar Tehrana qarşı idi və 1 il ötür. Bu bir il ərzində heç bir yaxşılaşma, düzəlmə yoxdur. Çünki Tehran rejimi etirazlara qulaq asmaq, demokratik dialoq yollarını seçmək əvəzinə, müxalif qrupların, yoxsulluq içində qalmış, narkomaniya içində boğulan, hər evdə bir neçə işsizin olduğu xalqın içindən nümayəndələr seçib çıxış yollarını müzakirə edə bilərdi. Amma bunların heç birini etmədi. Çünki bu, bir basqı rejimidir, zülm rejimidir. Zülm edərək, əlindəki qüdrəti xalqı asıb kəsmək üçün istifadə edən bir rejim olaraq vəziyyəti idarə etməyə çalışır. Bu gün dünyada rdamların sayına görə, İran birinci sıradadır. Siyasi edamlar da İranda çox yayılıb. İllərdir, bu edamlar davam edir. Fərqli dinlərə mənsub olanlar, siyasi görüşləri dövlət tərəfindən bəyənilməyənlər edam olunurlar. İran elə bir ölkəyə çevrilib ki, artıq orada nəfəs almaq belə mümkün deyil. Bir tərəfdən İranın bütün imkanları, pulu terror qruplarını bəsləməsinə gedir. Digər tərəfdən İranın xaricdəki yükünü xalq ödəyir. Xalqın ən kiçik tələbi olanda isə asılır, kəsilir. İran bir qorxu, zülm dövlətinə çevirilib. Basqılarla idarə olunur. Qorxu çoxaldıqca nifrət də çoxalır. Bu bir yerdə partlayacaq və özünü çox ağır formada göstərəcək".
Aynur Əli