DÜNYA
19:25 / 23.09.2023
265

25 yaşlı aktyor yüksək dozada narkotikdən ölüb

Avqustun 1-də evində ölü tapılan amerikalı aktyor Anqus Cloudun ölüm səbəbi açıqlanıb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ekspertiza zamanı onun bədənində yüksək dozalı metamfetamin və kokain aşkarlanıb.

"Variety"nin yaydığı məlumata əsasən, 25 yaşlı aktyor atasının vəfatı ilə barışa bilmədiyi üçün intihar edib. 
Məlumat üçün bildirək ki, Anqus Cloud "Euphoria" serialı ilə məşhurlaşıb. O, ekran işində "Fezco" obrazına həyat verib.

0