ABŞ prezidentliyinə namizəd rəqibini faşist adlandırdı

21:13 / 07.12.2023
467

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Vivek Ramasvami debat zamanı rəqibi, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heylini tənqid edərək, onu faşist adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

Ramasvami Heylinin sosial media istifadəçilərinin milli təhlükəsizliyi təmin etmək üçün yalnız öz həqiqi adları ilə qeydiyyatdan keçmələri təklifini tənqid edib.

"Bayden rejimindən daha faşist olan yeganə şəxs hökumətin bu insanların hər birinin şəxsiyyət vəsiqəsi ilə eyniləşdirməli olduğuna inanan Nikki Haleydir", deyə Vivek Ramasvami bildirib.

O, vurğulayıb ki, bu cür fikirlərlə Heyliyə nəyinki Ağ Evi, güc rıçaqlarını da həvalə etmək olmaz.

Samir

0