Belarus MN Qərbi "azad ordusu" hazırlamaqda ittiham etdi

DÜNYA
21:34 / 21.02.2024
258

Məqsədi Belarusda güclə hakimiyyəti dəyişmək olan Qərb dövlətləri öz siyasətlərində "azadlıq ordusu" adlandırılan orduya arxalanırlar. 

HİT.Az xəbər verir ki, bunu Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin rəhbəri - Respublika müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Ravenko deyib.

O qeyd edib ki, Qərb ölkələri Minskə qarşı davamlı olaraq "hibrid təcavüz" nümayiş etdirir. Eyni zamanda, bu, Belarus rəhbərliyini gözdən salmaq və respublikada hakimiyyətin dəyişməsi üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır.

"Əsas diqqət Belarusa qarşı qondarma "Belarus azadlıq ordusu"nun qüvvə və vasitələrindən istifadə edilməsinə qalır", deyə Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.

O əlavə edib ki, hazırda Avrasiyanın Avropa hissəsinin hərbiləşdirilməsi prosesi gedir. Ravenkonun sözlərinə görə, eyni zamanda ABŞ regionda siyasi proseslərə nəzarəti gücləndirməyə başlayıb.

Bundan başqa, Belarus Müdafiə Nazirliyinin nümayəndəsi NATO-ya üzv ölkələrin respublika ilə qarşılıqlı fəaliyyəti dayandırmaq qərarına diqqət çəkib. Xüsusilə, söhbət hərbi sahədə əməkdaşlıqdan gedir.

Samir

0