İlon Maskın şirkəti ABŞ ilə gizli müqavilə bağlayıb

DÜNYA
17:55 / 21.02.2024
227

İlon Maskın "SpaceX" şirkəti ABŞ hökuməti ilə 1,8 milyard dollar dəyərində gizli müqavilə imzalayıb.

HİT.az xəbər verir ki, "The Wall Street Journal"a şirkətin sənədlərinə istinadən yazır.

Müqavilənin hələ 2021-ci ildə bağlandığı, lakin ictimaiyyətə açıqlanmadığı qeyd edilir. "SpaceX" sənədində qeyd olunur ki, hökumətdən alınan pullar şirkətin maliyyə göstəricilərində əsas rol oynayacaq. Lakin dövlət müştərisi açıqlanmır.

Jurnalistlər vurğulayırlar ki, razılaşmanın məxfiliyi və miqyası "SpaceX" ilə ABŞ milli təhlükəsizlik orqanları arasında artan əlaqədən xəbər verir. WSJ-nin məlumatına görə, şirkət 2002-ci ildə yaradılandan bəri ABŞ ordusu ilə əməkdaşlıq edir. Sonra "SpaceX" ABŞ kəşfiyyatının iştirak etdiyi bir peykin buraxılması üçün müqavilə alıb.

2022-ci ildə Pentaqon "SpaceX"ə Ukrayna ordusunu "Starlink" peyk interneti ilə təmin etməyi tapşırmışdı. 2023-cü ildə şirkət həmçinin ABŞ Müdafiə Nazirliyinin müttəfiqlərinə rabitə xidmətləri göstərəcək "Starshield" hərbi peyklərinin kosmosda yerləşdirilməsi üçün 70 milyon dollarlıq təklif qazanıb.

Samir

0