Avropa Xalq Partiyası fon der Leyenin ikinci müddətə namizədliyini dəstəklədi

19:00 / 21.02.2024
300

Avropa İttifaqının ən böyük ümumavropa siyasi qüvvəsi olan Avropa Xalq Partiyası Ursula fon der Leyeni 2024-2029-cu illər üçün Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürəcək. 

HİT.az xəbər verir ki, bunu partiyanın lideri Manfred Veber deyib.

"Avropa Xalq Partiyası Ursula fon der Leyeni Avropa Komissiyasının növbəti prezidenti vəzifəsinə namizəd kimi dəstəkləyir", deyə siyasətçi bildirib.

Fevralın 19-da von der Leyen Xristian Demokratik Birlik Partiyasının İdarə Heyətinin Berlində keçirilən iclasından sonra növbəti dəfə AK-nin rəhbəri postuna namizədliyini irəli sürəcəyini bəyan edib.

Bundan sonra Avstriya Azadlıq Partiyasının (APS) Avropa Parlamentindəki nümayəndə heyətinə rəhbərlik edən deputat Harald Vilimski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin ikinci müddətə namizəd olmaq qərarını Aİ üçün zərərli adlandırıb.

"Bloomberg" analitikləri hesab edirlər ki, fon der Leyenin Aİ-nin icraedici orqanına seçkilərdəki uğuru heç də göz qabağında deyil, çünki ona parçalanmış Avropa Parlamentində kifayət qədər səs lazımdır.

Samir

0