İran İsrailə raket hücumu elan etdi - Qanadlı raketlər...

DÜNYA
00:58 / 14.04.2024
218

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə doğru pilotsuz uçuş aparatları və raketlər atdığını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Al-Arabiya" telekanalı iddia edib ki, İran İsrailə qanadlı raketlər atıb.

Qərb və İsrail mətbuatının məlumatına görə, İran İsrailə doğru onlarla kamikadze pilotsuz uçan aparat atıb. İsrailin baş naziri Benyamin Netanyahu Tehrana birbaşa hücuma hazır olduğunu açıqlayıb.

PUA-lar İraq ərazisi üzərində uçur, Bağdad ölkə üzərində hava məkanını bağlayıb.

İran bundan əvvəl İsrailin Dəməşqdəki İran səfirliyi kompleksinin yerləşdiyi diplomatik məhəlləyə endirdiyi zərbəyə cavab verəcəyini vəd etmişdi. 

0