Maldiv adaları iki ölkə ilə beynəlxalq ödənişlərdə dollardan imtina edəcək

DÜNYA
21:14 / 22.05.2024
154

Maldiv adaları Çin və Hindistanla ödənişlərin ABŞ dolları əvəzinə milli valyutalarla aparılmasına dair razılığa gəlib. 

HİT.az xəbər ki, bu barədə “Economic Times” yazıb.

Bu iki ölkə ilə ticarətdə ABŞ valyutasından istifadədən imtina Maldiv adalarına illik idxal həcminin 50%-nə qədər qənaət etməyə imkan verəcək ki, bu da pul ekvivalentində təxminən 1,5 milyard dollar təşkil edir.

Yerli valyutalarla beynəlxalq ticarət qarşılıqlı faydalı mexanizmdir. Bununla da ölkələr öz valyuta ehtiyatlarına qənaət edir və məzənnənin dəyişməsi risklərini azaldırlar.

Samir

0