Estoniyanın "Ana Vətən" (İsamaa) müxalifət partiyasının rəhbəri və ölkənin keçmiş xarici işlər naziri Urmas Reinsalu müdafiə üçün vəsait çatışmazlığı və bununla bağlı qalmaqala görə baş nazir Kaya Kallası vəzifəsindən getməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
"Hökumətin bir il ərzində fəaliyyət göstərməməsinə cavab olaraq, baş nazir yalan danışdı ki, o, Kusti Salmın (Estoniyanın keçmiş müdafiə naziri) narahatlığını qəzetdən öyrənib. Baş nazir istefa verməlidir", deyə Reinsalu bildirib.
"Euractiv"in yazdığı kimi, Kusti Salm hazırkı hökumətin “kritik kəsiri” aradan qaldıra bilmədiyini və döyüş sursatının alınmasına ən azı 1,6 milyard avro daha çox xərclədiyini əsas gətirərək istefa verib. Öz növbəsində Kaya Kallas Müdafiə Nazirliyinin keçmiş nazirin narahatlığını mətbuatdan öyrəndiyini bildirib, müdafiə xərclərini artırmaq istəməmə ittihamlarını şişirdilmiş adlandırıb.
Bundan əvvəl Estoniyanın baş naziri Kaya Kallas Avropa İttifaqının hərbi sabitliyini gücləndirmək və Ukraynanı dəstəkləmək üçün Avropanın müdafiə sənayesinə investisiyaların artırılmasının vacibliyini bəyan edib.
Samir