İsrail-Livan müharibəsi başlayır? - RƏY

DÜNYA
11:04 / 12.07.2024
554

Son zamanlarda İsrailin yeni müharibəyə başlayacağına dair iddialar sürətlə yayılmaqdadır. 

Belə ki, İsrailin Livanla müharibə edə biləcəyi deyilir. Daha dəqiq desək, Livandakı "Hizbullah"a zərbələr endirilməsi gündəmdədir. Hətta bununla bağlı hazırlıqların getdiyi bildirilir. Bu isə əlbəttə ki, İsrail-Livan müharibəsinə çevriləcək. 

Ümumiyyətlə, yaxın perspektivdə İsraillə Livan arasında müharibə başlaya bilər? 

"Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında İsrail-Livan müharibəsini istisna etməyib:

354003

"Son zamanlarda İsraillə HƏMAS arasında danışıqların başlayacağı və sülhün əldə oluna biləcəyi ilə bağlı informasiyalar yayılır. Lakin Yaxın Şərqdə müharibənin davam etməsində maraqlı olan tərəflər var. Onlar, bütün imkanları ilə İsrail ilə HƏMAS arasındakı müharibənin uzanması üçün çalışırlar. Məqsəd Şərqi Avropada olduğu kimi Yaxın Şərqi də "qaynar qazan"a çevirməkdir. 

Bu baxımdan, gələcəkdə İsrail ilə Livan arasında müharibənin başlaması mümkündür. Əgər bu, baş verərsə, artıq müharibə idarəolunmaz vəziyyətə gələcək. Bunun səbəbi isə ABŞ ilə birbaşa əlaqəli olacaq". 

Pərviz

0