Amerikalı politoloq: "Soyuq müharibədən sonra ABŞ milli ideologiyası pisləşdi"

DÜNYA
22:54 / 17.07.2024
150

"ABŞ-da Soyuq müharibədən sonra milli ideologiya pisləşdi. Hazırda Amerika ideyası bütün dünyada əhəmiyyətli dərəcədə az tərəfdar cəlb edir".

HİT.az xəbər verir ki, bunu Harvard Biznes Məktəbinin dosenti Ceremi Fridman deyib.

"Əgər Birləşmiş Ştatlar əvvəllər demokratiya və azad sahibkarlığı vurğulayırdısa, indi dini azadlığı, LGBT hüquqlarını və öz feminizm brendini təşviq etməyə başlayıb", deyə Fridman qeyd edib.

Politoloq əlavə edib ki, ABŞ-ın strategiyası nəzərəçarpacaq dərəcədə dəyişib və Vaşinqton özünü ənənəvi müttəfiqləri də daxil olmaqla istənilən fərqli fikrə son dərəcə sərt yanaşmaq hüququna malik olan hegemon kimi hiss edir.

Eyni zamanda, Fridmanın fikrincə, Rusiya və Çin milli ideologiyaların formalaşmasında ardıcıl strategiya nümayiş etdirir, onları ənənəvi dəyərlərin qorunmasını əsas götürür.

Samir

0