Çin NATO-nu səlahiyyətlərini aşmaqda ittiham etdi

DÜNYA
18:36 / 19.07.2024
314

NATO Rusiya Federasiyası ilə Çin arasında qarşılıqlı əlaqələrin inkişafına müdaxilə etməklə öz səlahiyyətlərini aşır.

HİT.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinq zamanı deyib.

"Alyansın Rusiya ilə münaqişə bəhanəsi ilə müdaxiləsi və Çin-Rusiya əməkdaşlığını pozması tamamilə əsassızdır",ceyə Cian NATO-nun səlahiyyətlərini genişləndirmək istəyini qeyd edib.

Cian əlavə edib ki, Rusiya və Çin münasibətləri qarşıdurmadan kənar hər hansı üçüncü gücə qarşı yönəltməmək prinsipinə əsaslanır.

Bundan əvvəl Si Szinpin bildirib ki, Çin və Rusiya hərtərəfli strateji əməkdaşlığı daha da gücləndirməli və kənar müdaxilələrə müqavimət göstərməlidir.

Çin lideri onu da qeyd edib ki, Rusiya və Çin indiki çətin geosiyasi vəziyyətdə dostluq münasibətlərini saxlamalıdır.

Samir

0