"Ukrayna öz ərazisində Rusiyanı məğlub edə bilmədiyi üçün Kurska hücum etdi" - OLAY AÇIQLAMA

DÜNYA
14:00 / 04.09.2024
350

"Ukrayna Kurska daxil olmaqla 2,5 ildir davam edən müharibədə fərqli taktika tətbiq etməyə başladı". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Ukrayna 2,5 ildir başda ABŞ olmaqla, Qərdən aldığı dəstəyə arxalanaraq Rusiya ilə müharibə aparır:

"Təbii ki, Ukrayna Rusiya ilə təkbaşına müharibə aparacaq gücdə deyil. Çünki Rusiya hərbi sahədə dünyanın aparıcı dövlətlərindən biridir. İqtisadi baxımdan o qədər güclü olmasa da, hərbi cəhətdən güclüdür. Ona görə də Ukraynanın Rusiyaya qarşı əsas güvəndiyi məsələ Qərbdən alacağı yardım idi. Bu prosesin də şahidi olduq". 

357411

Ekspert deyib ki, Qərb Ukraynaya Rusiyanı məğlub edəcək qədər dəstək vermir:

"Düzdür, Rusiyanın Ukraynaya hədəflədiyi kimi hücum etməsinin və onun ərazilərinin qısa müddətdə işğal edilməsinin qarşısı alındı. Amma Ukraynaya da lazımi səviyyədə yardımlar edilmədi. Artıq rəsmi Kiyev də Qərbin edəcəyi yardımın sadəcə bu şəkildə davam edəcəyini anladı. Yəni Ukraynaya Rusiya ordusunu tam şəkildə ərazilərindən çıxaracaq qədər silah-sursat verilmir".

Xəyal Bəşirovun sözlərinə görə, Kiyev hakimiyyəti də 2,5 ildən sonra bunu başa düşdüyü üçün edilən yardımları fərqli istiqamətlərdə tətbiq etməyə çalışdı:

"Ukrayna öz ərazisində Rusiya ordusunu məğlub edə bilmədiyini gördüyü üçün taktikasını dəyişdi. Nəticədə, rusların gözləmədiyi istiqamətlərdə hücuma keçdilər. Xüsusilə Kurks vilayətinə hücum edilməsi Rusiya tərəfindən gözlənilmirdi. Rusiyaya belə hücumun edilməsi uğurlu taktiki gediş oldu. 

Çünki bununla rus hərbçilərinin hücumlarının qarşısı kəsildi. Lakin bu, Rusiya ordusunu tamamilə məğlubiyyətə uğratmaq və geri çəkilməyə vadar etmək üçün kifayət etmir. Kreml də anlayır ki, Ukraynanın əsas məqsədi Rusiya ərazilərini işğal etmək deyil, onları hədəfdən yayındırmaqdır".

Pərviz

0