Qələbə planı: Zelenski Kiyevin ilin sonuna qədər NATO-ya dəvət olunmasını istəyir

17:05 / 18.09.2024
147

Volodimir Zelenski ABŞ prezidenti Ağ Evi tərk etməzdən əvvəl Ukraynanın Co Baydendən NATO-ya üzv olmaq üçün dəvət alacağına ümid edir. 

HİT.az "Le Monde"yə istinadən xəbər verir ki, bu, onun Vaşinqtonda təqdim edəcəyi "qələbə planı"nın bir hissəsidir.

"Ukrayna prezidenti müharibənin bitməsini sürətləndirməyə ümid edərək, ABŞ prezidentini qəti tədbirlər görməyə inandırmağa və Kiyevə güc mövqeyindən danışıqlara girmək imkanı verməyə çalışır", deyə köşə yazarı Silvi Kauffmann yazıb.

Köşə yazarı qeyd edir ki, Zelenski ona hər hansı məcburi qərarların verilməsini istəmir. Bununla bağlı o, Vaşinqtonda prezident Co Baydenə, iki namizədə - Donald Tramp və Kamala Harrisə və Konqresə təqdim etməyi planlaşdırdığı "sülh planı" və "qələbə planı" hazırlayıb. Məlumatlı mənbənin sözlərinə görə, "sülh planı" sülhün bərpasına gətirib çıxarmalıdır. İkinci plan isə Ukraynanı sülh razılaşması əldə olunandan sonra daha da gücləndirmək məqsədi daşıyır.

"Putin real danışıqlara meyl göstərmədiyinə görə, sülhün bərqərar olması məqsədi yüksək spekulyativ olaraq qalır. Zelenskinin 2025-ci ilin yanvarında Ağ Evi tərk etməzdən əvvəl Baydendən almaq istədiyi şey Ukraynanı müharibə bitdikdən sonra NATO-ya üzv olmaq üçün dəvətdir. Bu, "qələbə planı"nın əsas məqamlarından biridir", deyə  məqalədə bildirilir.

Problem ondadır ki, Soyuq müharibənin adamı olan Bayden Ukraynanın NATO-ya üzvlüyünün 3-cü Dünya müharibəsinə səbəb olacağı fikrinə diqqət yetirirdi. Buna görə də, onun planı eskalasiyanın qarşısını almaq üçün Ukraynaya mötədil rejimdə kömək etməkdir.

"Hər şey Baydenin qərarından asılıdır", deyə Zelenski "Le Monde"a verdiyi şərhdə bildirib.

Samir
 

0