ABŞ Müdafiə Nazirliyi ballistik raketlərin və nüvə başlıqlarının istehsalına 2,1 milyard dollar ayırıb.
HİT.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.
Sənəddə qeyd edilir ki, böyük müqavilə "Lockheed Martin"lə bağlanıb. O, "Trident II D5" raketlərinin və sualtı qayıqlardan buraxılması nəzərdə tutulan döyüş başlıqlarının istehsalı üçün istifadə olunacaq. İşlərin 2029-cu ilin sentyabr ayının sonunadək başa çatdırılması planlaşdırılır.
Eyni zamanda, Pentaqon sualtı qayıqlarda raket quraşdırma sistemləri və naviqasiya qurğularının inkişafı üçün "Lockheed Martin"ə 1,16 milyard dollardan çox vəsait ayırıb. Müqavilə 2031-ci ilin payızının əvvəlində bağlanmalıdır.
Bir gün əvvəl məlum oldu ki, Rusiya strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında yeni saziş imzalamaq niyyətində deyil (START-3). Yüksək rütbəli mənbənin sözlərinə görə, ABŞ-ın Rusiya Federasiyasına qarşı aqressiv hərəkətləri səbəbindən hər hansı razılaşmadan söhbət gedə bilməz.
Samir