Ukrayna ilk dəfə Cənubi Koreyadan güzəştli kredit alacaq

DÜNYA
19:28 / 02.10.2024
108

Oktyabrın 2-də Ukrayna Cənubi Koreyanın İxrac-İdxal Bankı ilə 100 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb ki, bu da Koreya Respublikasının ilk maliyyə dəstəyi olacaq.

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün, oktyabrın 2-də Ukraynanın maliyyə naziri Sergey Marçenko Koreyanın İxrac-İdxal Bankı ilə 100 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üçün kredit sazişi imzalayıb”, deyə məlumatda qeyd edilir.

Bildirilir ki, kredit güzəştli şərtlərlə verilir: müddət 20 il, faiz dərəcəsi illik 1,0% təşkil edir. Güzəşt müddəti kredit müqaviləsinin imzalandığı tarixdən 5 ildir.

"100 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi Ukraynanın dövlət büdcəsinə Koreya Respublikasından gələcək ilk maliyyə dəstəyi olacaq", deyə nazirlik bildirib.

Marçenkonun sözlərinə görə, Koreya tərəfi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək gələcək layihələr Ukraynanın iqtisadi inkişafına dəstək olacaq və ölkələr arasında gələcək qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcək.

2024-cü ilin aprelində Ukrayna və Koreya Respublikası 2024-2029-cu illər ərzində Ukraynaya 2,1 milyard ABŞ dollarına qədər güzəştli kreditlərin verilməsi haqqında saziş imzalayıblar. Koreyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun (EDCF) vəsaitləri Ukraynada yenidənqurma layihələrinə yönəldiləcək.

Samir

0