Politoloq: "Qərb Gürcüstanda Rusiyaya məğlub oldu"

DÜNYA
10:27 / 30.10.2024
252

"Son proseslər Qərbin Gürcüstanda Rusiyaya məğlub olduğunu göstərir". 

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, əslində Qərb Gürcüstandakı seçkilərə çox müdaxilə etdi:

"Heç şübhəsiz bu müdaxilə cəhdlərinin də arxasında konkret siyasi məqsədlər dayanırdı. Qərb Gürcüstanda özünə yaxın siyasi elitanı hakimiyyətə gətirmək istəyirdi. Onların hədəfi bu dəfə də Gürcüstanın əli ilə regiona müdaxilə etmək və Rusiyaya qarşı növbəti cəbhə açmaq idi". 

361153

Lakin ekspert qeyd edib ki, Qərbin planları baş tutmadı:

"Gürcüstan xalqı müharibəyə yox, sülhə və sabitliyə səs verdi. Bu baxımdan da seçkilərin nəticələri xüsusilə xarakterikdir. Sözügedən ölkədə Gürcü Arzusuna alternativ partiyalar qalib gəlsəydi, Gürcüstanda vətəndaş müharibəsi də başlaya bilərdi. Bu mənada gürcü xalqı həm də Qərbin daxildə vətəndaş müharibəsi başlatmaq cəhdlərinin qarşısını aldı".

Kənan Novruzov hesab edir ki, artıq Gürcüstan üçün Qərbdən hansısa təhdid gözlənilmir:

"Qarşıdakı təxmibən 10 gün ərzində Gürcüstanda hansısa etirazlar ola bilər. Lakin ondan başqa ciddi bir addım atılmayacaq. Düşünürəm ki, artıq Gürcüstan üçün ciddi bir təhdid yoxdur".

Pərviz

0