Trampın rəqs etdiyi mahnının sirri nədir? - VİDEO

DÜNYA
18:00 / 09.11.2024
176

Donald Trampın ABŞ-da prezident seçkiləri zamanı səsləndirib rəqs etdiyi musiqi sosial şəbəkələrdə populyarlıq qazanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, bu musiqidən ilk dəfə istifadə etmir. Mahnı 2020-ci ildə də Trampı seçki kampaniyası zamanı müşayiət edib. O, bütün görüşlərini bu melodiyanın sədaları altında tamamlayıb. Tramp sonuncu dəfə 2021-ci ildə Co Bayden prezidentlik kürsüsünə oturarkən bu musiqini səsləndirib və səhnədən onun sədaları altında düşüb. Kompozisiyaya hətta zarafatla "Partiya himni" adı verilib.

Siyasətçinin bu kompozisiyaya niyə bu qədər aşiq olduğu dəqiq bilinmir. Bu musiqi 1978-ci ildə Y.M.C.A qrupu tərəfindən bəstələnib. Mahnının sözlərində gənc, ümidsiz bir oğlana hər şeyin mütləq yaxşı nəticə verəcəyinə dair müraciət səslənir. 

Konqres Kitabxanası treki Milli Səsyazma Reyestrinə əlavə etməklə mədəni və tarixi baxımdan əhəmiyyətli olduğunu bildirib.

0