Şimali Atlantika Alyansı NATO-ya üzv ölkələr arasında məxfi məlumat mübadiləsi üçün bulud əsaslı sistem yaratmaq üzərində işləyir.
HİT.az "Breaking Defence"ə istinadən xəbər verir ki, bu barədə alyansın baş informasiya direktoru Manfred Budro-Demer bildirib.
"Bulud sistemi hazırda müxtəlif saxlama obyektlərində olan məlumatları birləşdirir. Paylaşılan bulud mühitinə keçmək həm də sizi məlumatlar haqqında fərqli düşünməyə və onları hərəkətə hazırlamağa məcbur edir ki, bu da özlüyündə məlumat analitikasını dəstəkləyəcək”, deyə rəsmi bildirib.
Direktorun sözlərinə görə, məlumatların bir instansiyada və ya bir mühitdə yerləşdirilməsi faktının özü çox faydalıdır. Onun sözlərinə görə, alyans bütün iştirakçı ölkələri buludla əlaqələndirmək məqsədi daşıyır. O, əlavə edib ki, qoşulma prosesi sürətlə gedir, lakin işlərin dəqiq tamamlanma vaxtı məlum deyil.
Bundan əvvəl NATO-nun birləşmiş silahlı qüvvələrinin transformasiya üzrə ali komandanı admiral Pyer Vandier bildirmişdi ki, alyans Baltik və Aralıq dənizlərində yerləşdiriləcək dəniz pilotsuz təyyarələri donanması yaratmağı planlaşdırır.
Samir