Fransa prezidenti Emmanuel Makron deyib ki, İranın nüvə proqramı dönüş olmayan nöqtəyə yaxındır.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, İran Yaxın Şərqdə əsas strateji təhlükəsizlik problemidir.
"İran Fransa, avropalılar, bütün region və onun hüdudlarından kənarda böyük strateji təhlükəsizlik problemidir", deyə Makron bildirib.
Onun sözlərinə görə, İranın nüvə proqramının inkişafı bizi geri dönüşü olmayan nöqtəyə çox yaxınlaşdırır. Fransa lideri qeyd edib ki, bu məsələ onun Donald Trampın yeni administrasiyası ilə aparacağı dialoqda prioritet olacaq.
Yanvarın 3-də məlum olub ki, ABŞ prezidenti Co Bayden və komandası gizli görüşdə İranın nüvə obyektlərinə zərbə endirmək planını müzakirə ediblər. "Axios" portalının məlumatına görə, iranlılar yanvarın 20-dən əvvəl nüvə silahı yaratmaq üçün addımlar atacaqları təqdirdə ABŞ-ın potensial hücumu variantlarını Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təqdim edib. Bayden son nəticədə məsələ ilə bağlı yekun qərar verməyib.
Bundan əvvəl ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin keçmiş müavini Riçard Nefyu “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda nəticə əldə etmədiyi təqdirdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini bildirib. Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasından dərhal sonra Tehranın nüvə proqramına son qoymaq üçün danışıqlara son bir yaxşı niyyət cəhdi etməlidir.
Samir