Trampın müşaviri: İran zəiflədiyi üçün danışıqlar aparmağa yaxşı imkanları var

DÜNYA
17:12 / 15.01.2025
42

Trampın müşaviri ABŞ-ın niyə İranla danışıqlar aparmaq üçün yaxşı imkanlara malik olduğunu izah edir

Vals: İran zəiflədiyi üçün ABŞ-ın onunla danışıqlar aparmaq üçün yaxşı imkanları var

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası İranla danışıqlar aparmaq üçün yaxşı vəziyyətdə olacaq, çünki ölkə hazırda zəifləmiş vəziyyətdədir. 

Hit.az xəbər verir ki, bunu ABŞ-ın 47-ci prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mayk Vals Vaşinqton Sülh İnstitutunda çıxışı zamanı deyib:

“İran zəif vəziyyətdədir. Bu isə real imkanlar yaradır, eyni zamanda risklər də gətirir”.

Vals deyib ki, İranın zəifliyi Hizbullaha, Suriyanın keçmiş prezidenti Bəşər Əsədə və onun hava hücumundan müdafiə imkanlarına qarşı çəkindirici gücünü itirməsində özünü göstərir.

Bundan əlavə, Trampın müşaviri diplomatik üsulların İranın nüvə proqramının nəzarət altına alınmasına imkan verəcəyini vurğulayıb.

Yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron deyib ki, İran bütün regionda və ondan kənarda avropalılar üçün əsas strateji təhlükəsizlik problemidir. Onun sözlərinə görə, İranın nüvə proqramının inkişafı onları geri dönüşü olmayan nöqtəyə çox yaxınlaşdırır. Fransa lideri qeyd edib ki, bu məsələ onun Donald Tramp administrasiyası ilə aparacağı dialoqda prioritet olacaq.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi qeyd etmişdi ki, Tehran nüvə proqramı ilə bağlı Qərblə dərhal danışıqlara başlamağa hazırdır.

Samir

0