Qırğızıstanın hərbi prokurorluğu Manas hava limanında keçmiş Amerikanın “Qansi” aviabazasından (keçmiş ABŞ Hərbi Hava Qüvvələrinin tranzit mərkəzi idi) külli miqdarda əmlakın oğurlanması faktını açıb.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Dəymiş ziyan 6,7 milyon som (təxminən 77 min dollar) qiymətləndirilir. Faktla bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Əmanət edilmiş əmlakı ələ keçirmə və ya israf etmə” maddələri ilə cinayət işi açılıb.
Respublika Nazirliyi ilə birgə aparılan araşdırma dəymiş ziyanın ödənilməsinə və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəlib. Hazırda keçmiş bazanın ərazisindən maddi sərvətlərin oğurlanmasında iştirak edən şəxslər müəyyənləşdirilir.
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin qərarı ilə 2001-ci ildən “Dayanıqlı Azadlıq” əməliyyatı çərçivəsində fəaliyyət göstərən və nəhayət 2014-cü ildə bağlanan aviabaza Amerika qoşunlarının çıxarılmasından sonra Asiya ölkəsinin Milli Qvardiyasına təhvil verilib.
Samir