Finlandiya hakimiyyəti Rusiya mediasının bloklanmasına baxmayaraq, ölkədəki təsirindən şikayətlənib.
Hit.az bu barədə Finlandiya hökumətinin yaydığı icmala istinadən xəbər verir.
"Rusiyanın Finlandiya informasiya mühitinə birbaşa çıxışı olmadığı üçün təsir çox vaxt sosial və ənənəvi media vasitəsilə Fin auditoriyasına yayılan informasiya təsirinin məzmununa əsaslanır", deyə Rusiya mediasının təsiri bölməsində qeyd edilir.
İcmal Rusiya Federasiyasının Suominin NATO-ya üzvlüyü, Ukraynaya yardımı və Baltik dənizindəki vəziyyətlə bağlı mövqeyini təsvir edir.
Yanvarın 21-də Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, ABŞ-ın Donald Tramp dövründə hansı siyasət yürütməsindən asılı olmayaraq, Avropa Ukraynaya dəstək üçün daha çox iş görməlidir.
Onun sözlərinə görə, Ukraynaya dəstək birbaşa Avropanın özünün təhlükəsizliyi və hazırlığı ilə bağlıdır.
Samir