ABŞ-da qadın ilk uşağını dünyaya gətirdikdən bir həftədə sonra ikinci dəfə hamilə qalıb.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazıb.
Atlantada yaşayan 22 yaşlı Ceylin bu ilin yanvarında Amora adlı qızı dünyaya gətirib. Nəşr yazır ki, uşaq vaxtından əvvəl doğulub, lakin Amoranın səhhətində problem olmayıb. Qızı dünyaya gəldikdən sonra həkimlər Ceylinə altı həftə cinsi əlaqədən uzaq durmağı tövsiyə edib. Ancaq qız bu qədər müddəti gözləməyib. Ceylin doğuşdan cəmi bir həftə sonra hamilə qalıb.
Sosial şəbəkədə gənc ana ana südü ilə qidalandığı üçün hamilə qala biləcəyini ağlına belə gətirmədiyini bildirib. Ancaq doğuşdan cəmi bir ay sonra qarnının aşağı hissəsində qıcolmalar və ağrılar hiss etməyə başlayıb, həkimlər əvvəlcə bunun doğuşdan gələn ağırlaşmalar olduğunu bildirib. Amma testlər aparandan sonra məlum olub ki, Ceylin üç həftəlik hamilədir.
Amerikalı etiraf edib ki, o, hələ bir aylıq olan qızı Amoranın tezliklə böyük bacı olacağından utanır.
Samir