Vyetnam parlamenti Çinlə yeni dəmir yolunun tikintisi barədə qətnaməni təsdiqləyib, layihənin dəyəri 8,3 milyard dollar qiymətləndirilir.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, marşrut Vyetnamın şimalındakı böyük dəniz limanını Çinlə birləşdirməlidir.
Agentlik vurğulayıb ki, layihənin bir hissəsi Çin hökumətinin kreditləri hesabına maliyyələşdiriləcək.
Bundan əlavə, qanunverici orqan Vyetnamda atom elektrik stansiyalarının inkişafı siyasətini, onlardan birincisinin 2031-ci ildə tikilməli olduğunu və yarımkeçirici istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərə dəstəyi təsdiqləyib.