Qız atasının şirkətində işə düzəldi və 2,5 milyon dollar oğurladı

DÜNYA
18:59 / 23.04.2026
46

Çində atasına məxsus şirkətdə maliyyə direktoru vəzifəsində çalışan qadın bir ildən artıq müddət ərzində şirkətin hesabından qanunsuz olaraq təxminən 2,5 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. 

HİT.az xəbər verir ki, istintaqın müəyyənləşdirdiyinə görə, oğurlanan bütün pullar sosial şəbəkələrdə yayımlanan məzmun yaradıcılarına ianələrə sərf edilib.

Yerli medianın məlumatına görə, çinli qadın peşə məktəbini yarımçıq buraxaraq atasının şirkətində işləməyə başlayıb və zamanla maliyyə vəsaitlərinə çıxış əldə edib. İlk şübhələr 2025-ci ilin yayında yaranıb. Ata şirkət hesablarını yoxlayarkən yüz minlərlə dollar məbləğində çatışmazlıq aşkar edib. Dindirilmə zamanı qız pulları yayımçılara “çay pulu” kimi xərclədiyini etiraf edib.

Bank çıxarışlarının detallı təhlili göstərib ki, 2025-ci ilin iyul ayından etibarən qadının şəxsi kartı vasitəsilə yayım platformalarında 2,5 milyon dollardan çox xərcləmə aparılıb. O, bir sıra onlayn icmalarda “ən böyük sponsor” statusu qazanıb. Lakin bu vəsaitlər onun şəxsi yığımları deyil, şirkətin dövriyyə kapitalı olub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Samir

0