Meqan Markl atasına qarşı ittihamlarla bağlı danışdı: "Uşaqları ondan qoruyurdum"

DÜNYA
17:29 / 23.10.2026
64

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl atası Tomas Markl-seniorun uşaq pornoqrafiyası saxlaması ilə bağlı irəli sürülən ittihamlara münasibət bildirib. O, uşaqların təhlükəsizliyindən narahat olduğunu vurğulayaraq atası ilə münasibətlərini məhdudlaşdırmaq qərarının səbəbini açıqlayıb.

HİT.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Meqan Marklın sözlərinə görə, 2018-ci ildə London polisinə, eləcə də kral ailəsinin üzvlərinin və müvafiq şəxslərin müdafiəsi ilə məşğul olan quruma atasına qarşı müəyyən ittihamları ehtiva edən məktub göndərilib. Həmin vaxt ona məsələnin araşdırıldığı bildirilib.

Markl illər ərzində mediada yayılan bəzi məlumatların təhrif olunduğunu qeyd edərək, atası ilə əlaqəni kəsməsinin və onun uşaqlarla ünsiyyətinə imkan verməməsinin əsas səbəbinin onları qorumaq olduğunu deyib.

O, ehtimal olunan cinayətin miqyasının təsəvvür etdiyindən də ağır olduğunu bildirib və zərər çəkmiş uşaqlarla bağlı narahatlığını ifadə edib.

Qeyd edək ki, Tomas Markl-seniorun oğlu Tomas Markl-kiçik oktyabrın 22-də atasının kompüterində uşaq pornoqrafiyasını əks etdirən çoxsaylı görüntülər tapıldığını iddia edib. Bu məlumat hələlik mənbənin açıqlaması və irəli sürülmüş ittihamlar çərçivəsində təqdim olunur.

Samir

0