Aİ Ukrayna ilə bağlı yeni danışıqlarda iştirak etməyi planlaşdırır

DÜNYA
18:00 / 23.10.2026
49

Avropa İttifaqı Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqların növbəti mərhələsində iştirak etməyi nəzərdə tutur. Təşkilatın nümayəndələrinin görüşlərə qatılması gözlənilir.

HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Ariane Podesta “Ukrinform”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, qarşıdakı danışıqların yüksək rəsmi səviyyədə və çoxtərəfli formatda keçirilməsi, həmçinin Avropa İttifaqının prosesdə təmsil olunması gözlənilir. Podesta danışıqlarda Avropa Komissiyasının və ya Avropa Şurasının nümayəndələrinin iştirak edə biləcəyini deyib.

Sözçü xatırladıb ki, Avropa tərəfi bir neçə gün əvvəl Osloda keçirilən müzakirələrdə də iştirak edib. O vurğulayıb ki, Avropa İttifaqı Ukraynanın danışıqlarda mövqeyinin gücləndirilməsi, eləcə də ədalətli və davamlı sülhün əldə olunması istiqamətində çalışır.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqlarında Avropa nümayəndəsinin iştirakının Avropa İttifaqının mövqeyindən asılı olduğunu bildirmişdi.

Peskovun sözlərinə görə, noyabrın birinci yarısında Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda münaqişənin hər iki tərəfinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Samir
 

0