FT: Aİ büdcəsində enerji böhranı ilə mübarizə üçün resurslar tükənib

DÜNYA
18:00 / 23.04.2026
41

Avropa İttifaqının enerji böhranı ilə mübarizə aparmaq üçün büdcəsində demək olar ki, vəsait qalmayıb. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti yazıb.

Məlumata görə, Aİ ölkələrinin liderləri Kiprdə keçiriləcək qeyri-rəsmi görüşdə enerji daşıyıcılarının qiymətlərində kəskin artımı müzakirə edəcəklər.

Məqalədə vurğulanır ki, hazırkı böhran son altı ildə Avropa İttifaqı iqtisadiyyatının üzləşdiyi üçüncü böyük sınaqdır: əvvəlcə COVID-19 pandemiyası, daha sonra isə 2022-ci ilin enerji böhranı. Bu vəziyyət Aİ-nin 2028–2034-cü illər üzrə ümumi büdcəsi ilə bağlı danışıqları da çətinləşdirir.

Qeyd olunur ki, hazırda milli hökumətlər öz büdcələrinin vəziyyətindən narahatdır. Enerji və iqtisadi təzyiqlər fonunda Avropa paytaxtlarını daha genişmiqyaslı Aİ büdcəsinə töhfə verməyə razı salmaq getdikcə çətinləşir.

23 apreldə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, enerji böhranının genişlənməsi halında Aİ alternativ plan hazırlamalıdır.

Onun sözlərinə görə, Avropa İttifaqında heç bir ölkə uzunmüddətli böhranla təkbaşına mübarizə apara bilməz.

Samir

0