XİN rəhbəri: Avropa Rusiya ilə münasibətlərində keçmişə qayıtmayacaq

DÜNYA
15:17 / 23.04.2026
48

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, Avropa Rusiya ilə münasibətlərdə keçmiş vəziyyətə qayıtmaq niyyətində deyil.

HİT.az xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində danışıb.

“Avropa Rusiyaya təzyiq göstərməyin zəruriliyini anlayır. Geriyə baxmaq üçün ciddi istək yoxdur”, deyə Estoniya XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Avropada yaxın zamanda sülh ehtimalı ciddi qəbul edilmir və hətta sülh əldə olunsa belə, Rusiya yenə də aqressiv ölkə olaraq qalacaq.

Samir

0