Hər il bir milyondan çox turist İtaliyanın Lombardiya regionuna Komo gölünü və onun dəbdəbəli villalarını görmək üçün səfər edir. Lakin Avropada daha çox möhtəşəm göl mənzərələri də mövcuddur.
HİT.az xəbər verir ki, bu barədə "TimeOut" yazır.
Nəşr Avropanın ən gözəl məkanlarından biri kimi Albaniya ilə Şimali Makedoniya arasında yerləşən Ohri gölünü qeyd edib. Səyahət jurnalistlərinin fikrincə, bu göl Avropanın ən gözəl yerlərindən biridir.
“Əgər Komo gölü həm dünya ulduzlarını, həm də turist izdihamını cəlb edirsə, Avropanın ən qədim və ən dərin göllərindən biri olan Ohri gölü daha sakit və daha əlçatan alternativ təklif edir, eyni zamanda mənzərə gözəlliyi baxımından heç də geri qalmır. Təsəvvür edin: güzgü kimi mavi su, arxada dağ silsilələri və zamanın içində donmuş kimi görünən tarixi şəhərciklərlə dolu sahil xətti”, deyə materialda qeyd olunur.
Şimali Makedoniya tərəfində əsas mərkəz göl sahilində yerləşən Ohri şəhəridir. Bu şəhər daş döşənmiş küçələri, yüzlərlə orta əsr kilsəsi və suya enən tərakota damları ilə tanınır.
“Burada siz gün ərzində çimməklə və qədim xarabalıqları kəşf etməklə vaxt keçirə bilərsiniz, axşam isə dağların arxasında gün batımını izləyə bilərsiniz — və bütün bunlar Lombardiyanın yüksək qiymətləri olmadan”, deyə nəşr vurğulayıb.
Albaniya tərəfinə keçdikdə isə daha sərt təbiət mənzərələri və sakit kəndlər qarşıya çıxır. Lin kəndində mozaikalı qədim xarabalıqlar və su kənarında yerləşən düşərgələr var. Burada şezlonqlarla birlikdə gecələmək də mümkündür.
“TimeOut”a görə Avropanın ən gözəl 10 yeri
1. Ohri gölü, Şimali Makedoniya
2. Saturniya isti bulaqları, Toskana, İtaliya
3. Giant’s Causeway (Nəhəng keçid), Şimali İrlandiya
4. Alberobello, Apuliya, İtaliya
5. Poçitel, Bosniya və Herseqovina
6. Norveç fyordları, Norveç
7. Kyu Kral Botanika bağları, London, Böyük Britaniya
8. Prinsengracht kanalları, Amsterdam, Niderland
9. Mozel vadisi, Almaniya
10. Kasa Batlo, Barselona, İspaniya
Samir


